Britaniya, Fransa və Almaniyadakı seçki gözləntisinə görə, Ermənistan hökuməti antirusiya fəaliyyətini dayandırıb və Qərbdəki situasiyanın aydınlaşmasını gözləyir.
Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın Niderlanddakı keçmiş səfiri Cyunik Ağacanyan deyib. Onun sözlərinə görə, Ermənistanı indiki dönəmdə çəkindirən Rusiyadan gələcək reaksiyadır. O deyib ki, İrəvanda Rusiyaya qarşı fəaliyyətlərdə yaranmış fasilə Fransa və
Britaniyada seçkilər bitənə qədər davam edəcək:
“Bu ölkələr ABŞ-ın öz siyasətini gerçəkləşdirdiyi dayaq dövlətləridir. İndiki vəziyyətdə onlar ABŞ-dan gələcək tapşırıqların icrasına zəmanət verə bilməzlər. Ona görə də antirusiya ritorikasında fasilə bir neçə ay davam edəcək. Üstəlik, Ermənistan Avrasiya İttifaqına rəhbərlik edir və onu təhvil verənə qədər hərəkət olmayacaq”.
Eks-səfir həmçinin Avropanın Ermənistanı AB-yə qəbul etməyə sözdə belə hazır olmadığını deyib.
Tahir Turan
Globalinfo.az