İranda partlayış: 4 hərbçi yaralandı

İranın Mircave şəhəri yaxınlığında (ölkənin cənub-şərqində Sistan və Bəlucistan əyaləti) İran-Pakistan sərhədində minanın partlaması nəticəsində 4 iranlı sərhədçi yaralanıb.

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən “Fars” agentliyi məlumat yayıb.

Hələlik heç bir qruplaşma hadisəyə görə məsuliyyəti üzərinə götürməyib.