İranda nazir istefa verdi

İranın yol və şəhərsalma naziri Rüstəm Qasemi istefa verib.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, Prezident İbrahim Rəisi nazirin istefasını qəbul edib.

İranın yol və şəhərsalma naziri səlahiyyətlərini nazirin müavini Şəhriyar Əfəndizadə icra edəcək.

Rüstəm Qaseminin səhhətindəki problemlərlə bağlı istefa verdiyi bildirilib.