İranda məmurlar insanları küçənin ortasında güllələdilər – VİDEO

Repressiv İran hökumətinin məmurları Sistan və Bəlucistan əyalətində yanacaq daşıyanlara atəş açıblar.

Globalinfo.az xəbər verir ki, bu barədə “Azad İran” Teleqram kanalı məlumat verib.

Hadisə Sərbaz şəhərində olub və azı iki nəfər yaralanıb.

Qeyd edək ki, İranın sərhədyanı bölgələrində yaşayan insanlar ailələrini dolandırmaq üçün qonşu ölkədən ucuz qiymətə yanacaq gətirib satırlar.