İranda beş nəfər asıldı – Üçü azərbaycanlıdır

İranın Ərak şəhərindəki həbsxanada 3-ü azərbaycanlı olmaqla 5 nəfər edam olunub.

Globalinfo.az “Azad İran”a istinadən xəbər verir ki, məlumatı İran İnsan Hüquqları Təşkilatı yayıb.

Bildirilib ki, dar ağacından asılan azərbaycanlılar bunlardır: Məhəmməd İmani, Ehsan Nəsiri və Mustafa Kaşini. Digər iki nəfərin adı açıqlanmayıb.

Onlar narkotik maddələrin qanunsuz alverində ittiham olunurlar. Bununla belə ölkədə məhkəmə sistemində şəffaflıq olmadığı üçün məhkəmənin hökmü şübhəli sayılır.

İran məhkəmə istemi və rəsmi KİV-i edamlar barədə məlumat verməyib.

Qeyd edək ki, İran İnsan Hüquqları Təşkilatı 2021-ci il oktyabrın 10-dan – 2022-ci oktyabr 7-dək ölkədə 528 nəfər barəsində çıxarılan ölüm hökmü icra olunub.