1750654523 50ebef9c 11f3 3e35 9fd4 42921686db6c 850

Pentaqon B-52 bombardmançı təyyarələrinin son 24 saat ərzində İrana qarşı “Epik Qəzəb” adlı əməliyyatda iştirak etdiyini təsdiqləyib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Fox news” məlumat verib. Bildirilib ki, uzunmənzilli “B-52 Stratofortress” tipli strateji bombardmançılar əməliyyat çərçivəsində müəyyən hədəflərə zərbələr endirib.

Rəsmi açıqlamada əməliyyatın məqsədi və konkret hədəflər barədə ətraflı məlumat verilməyib. Məlumata görə, əməliyyat yüksək dəqiqlikli silah sistemlərinin tətbiqi ilə həyata keçirilib və proses ABŞ hərbi komandanlığının nəzarəti altında aparılıb.

Tahir Turan
Globalinfo.az

Paylaş: