İrana casusluq edən daha bir nəfər tutuldu – FOTO

hebs 12

Azərbaycanda İranın casus şəbəkəsinə qarşı əməliyyatlar davam edir. 

Globalinfo.az “MOUZE” “Telegram” kanalına istinadən xəbər verir ki, həyata keçirilən əməliyyat tədbirləri nəticəsində Tehran rejiminə xidmət edən daha bir neçə nəfər saxlanılıb.

Onlardan biri də “Müsəlman Birliyi Hərəkatı”nın üzvü Natiq Qasımovdur.

Xatırladaq ki, Azərbaycan hüquq-mühafizə orqanlarının İranın casus şəbəkəsinə qarşı keçirdiyi son üç əməliyyatda 20-dən çox şəxs saxlanılıb.