İrana casusluq edən daha bir neçə nəfər tutuldu – FOTO

Azərbaycanda İranın casus şəbəkəsinə qarşı əməliyyatlar davam edir.

Globalinfo.az “MOUZE” “Telegram” kanalına istinadən xəbər verir ki, əməliyyatlar zamanı İranın molla rejiminə xidmət edən daha bir neçə nəfər saxlanılıb.

Onlar Yevlax rayon sakinləri – Ramin Quliyev, Vəfadar Pənahəliyev, Fəxri Zülfüqarlı və Amid adlı şəxslərdir.

Lent.az-ın əldə etdiyi xəbərə görə, saxlanılan şəxslərdən bəziləri narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirli bilinirlər.