İran rəsmiləri sammiti tərk etdilər – SƏBƏB

İran rəsmiləri Birləşmiş Ərəb Əmirliklərində BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının konfransının 28-ci sessiyasını tərk edib.

Globalinfo.az xəbər verir ki, səbəb İsrailin də sammitdə iştirak etməsi olub.

İranın Enerji naziri Əli Əkbər Mehrabiyan nümayəndə heyəti ilə birlikdə İsrail Prezidenti İshaq Hersoqun iştirakını əsas göstərək COP28 çərçivəsində təşkil olunan Dünya İqlim Fəaliyyəti Sammitindən ayrılıb.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da tədbirdə iştirak ediblər.

Ayşən Mustafa
Globalinfo.az