rza pehlevi

İran şahının vəliəhdi Reza Pəhləvi İsrailə səfər edəcək.

Globalinfo.az xəbər verir ki, bu barədə məlumatı İsrailin kəşfiyyat naziri Gila Qamaliel paylaşıb.

O, səfərin bu həftə gerçəkləşəcəyini deyib.

Qamaliel Pəhləvinin onunla da görüşəcəyini söyləyib. Bununla bərabər vəliəhd şahzadənin Holoskost qurbanlarının anım günündə iştirak edəcəyi vurğulanıb.

Nazir səfəri “xalqlar arasında əlaqələrin bərpası üçün ilk addım” adlandırıb.

İlkin Həsənov
Globalinfo.az

Paylaş: