iran israile qarshi ilk defe nesrullah raket sistemini tetbiq etdi

İran yeraltı raket bazalarına çıxışı bərpa etdikdən sonra İsrail və regionun digər ölkələrinə qarşı genişmiqyaslı raket zərbələri endirmək imkanını qoruyub saxlayır.

Globalinfo.az xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.

Qeyd olunur ki, İran öz arsenalına sürətlə çıxış əldə etdikdən sonra İsrailə və Yaxın Şərqdəki digər hədəflərə çoxsaylı uzaqmənzilli raketlər buraxmağa hazır vəziyyətdədir.

Bildirilir ki, İranın ixtiyarında yalnız raketlər deyil, həm də onları işə salacaq buraxıcı qurğular və bu sistemləri idarə edəcək hazırlıqlı şəxsi heyət mövcuddur. Bu səbəbdən ölkənin raket imkanlarının qısa müddətdə tamamilə sıradan çıxarılması çətin görünür.

Qeyd edək ki, sözügedən bazara giriş ABŞ və İsrailin son hava hücumları nəticəsində zərər görmüşdü.

Tahir Turan
Globalinfo.az

Paylaş: