“Terror aktının törədildiyi ilk gündə özünü “dost” kimi göstərməyə çalışan İran rejiminin ritorikası və taktikası dəyişir”.
Globalinfo.az xəbər verir ki, bu sözləri araşdırmaçı jurnalist Asif Nərimanlı qeyd edib.
O bildirib ki, İran parlamentinin spikeri Məhəmməd Baqir Qalibaf hücumun terror aktı kimi dəyərləndirilməsinə görə Azərbaycana “xəbərdarlıq” ünvanlayıb və bunun “sionistlərə xeyir verdiyi” kimi klassik iddialar səsləndirib:
“Artıq media üzərindən “hücumu Azərbaycan tərəfi təşkil edib” kimi absurd iddialar irəli sürülür. Terrorçu Yasin Hüseynzadənin “Azərbaycanla bağlılığı” haqda uydurmalar ortaya atılır”.
A.Nərimanlı hesab edir ki, İranın sərgilədiyi mövqe bu terror aktının Bakı-Tehran xəttində qırılma nöqtəsi olacağı gözləntisini önə çıxarır.
Gülnar Səlimova
Globalinfo.az