İran səfirliyindən Tərtərdəki mina partlayışı ilə bağlı paylaşım – FOTO

Tərtərdə baş vermiş mina partlayışı nəticəsində üç vətəndaşın həlak olması ilə bağlı Azərbaycan dövlətinə, xalqına və həlak olanların ailələrinə hüznlə başsağlığı veririk.

Globalinfo.az xəbər verir ki, bu barədə İranın Azərbaycandakı səfirliyinin yaydığı bəyanatda deyilir.

Bildirilir ki, İran Azərbaycana ərazisinin minalardan təmizlənməsi işində əməkdaşlıq etməyi dəfələrlə bəyan edib və yenidən bəyan edir.