“İran öz ərazisindən ölkəyə potensial hücum üçün izin verən bütün dövlətlərə cavab verəcək”.
Globalinfo.az xəbər verir ki, bunu İran parlamentinin sədri Məhəmməd Baqer Qalibaf deyib.
“Biz dəfələrlə bəyan etmişik ki, qonşu ölkələrin hava məkanı və əraziləri bizim ölkəyə hücum üçün istifadə olunmamalıdır. İran əmindir ki, Qərbi Asiyadakı qonşuları bu məsələni diqqətə alırlar. Bizim qonşularımızla dinc münasibətlərimiz var. Lakin əgər üçüncü ölkələrin ərazisi İrana qarşı aqressiya üçün istifadə olunsa, bizim cavabımızı aydın və təbii olacaq. Dəfələrlə demişik ki, biz müharibənin genişlənməsini istəmirik, amma şübhəsiz ki, ərazimizə bütün hücumlara cavab verəcəyik”, – o bildirib.
Əliyar Xəlil
Globalinfo.az