erdogan 1

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT-nin Nyu-Yorkda keçiriləcək 81-ci Baş Assambleyasının iclaslarında iştirak üçün ABŞ-a səfər edib.

Globalinfo.az xəbər verir ki, Ərdoğan sentyabrın 22-də “Etimadın yenidən qurulması, transformasiyanın idarə edilməsi: Hamı üçün nəticə verən Birləşmiş Millətlər Təşkilatı” mövzusunda keçiriləcək Baş Assambleyanın ümumi müzakirələrində çıxış edəcək.

Bu, Ərdoğanın BMT Baş Assambleyasındakı 16-cı çıxışı olacaq.

Səfər çərçivəsində Ərdoğanın dövlət və hökumət başçıları ilə ikitərəfli görüşlər keçirməsi də planlaşdırılır.

Türkiyə Prezidenti sentyabrın 23-də BMT Baş katibinin İqlim Fəaliyyəti Sammitində də çıxış edəcək.

Paylaş: