“Rusiyaya aid məxfi sənədlərə əsasən, Moskva İranla əməkdaşlığı genişləndirmək üçün genişmiqyaslı plan hazırlayıb”.
Globalinfo.az xəbər verir ki, bu barədə “Fox News Digital” məlumat yayıb.
Bildirilib ki, 2024–2026-cı illəri əhatə edən sənəddə maliyyə, nüvə enerjisi, neft-qaz, aviasiya və nəqliyyat sahələrində əməkdaşlığın gücləndirilməsi nəzərdə tutulur:
“Plan çərçivəsində alternativ maliyyə kanallarının yaradılması, milli valyutalardan istifadənin artırılması, nüvə sahəsində əməkdaşlığın genişləndirilməsi və neft-qaz layihələrinin həyata keçirilməsi təklif olunur.
Həmçinin Rusiyaya məxsus təyyarələr üçün bəzi hissələrin İranda istehsalı və “Rosatom”un Buşehr Atom Elektrik Stansiyasındakı fəaliyyətinin davam etdirilməsi planlaşdırılır.
Sənəddə Azərbaycanın İranla sərhədindən Fars körfəzindəki limanlara qədər dəmir yolu xəttinin çəkilməsi ilə bağlı layihənin araşdırılması da qeyd olunur.
Sənəd 2024-cü ilin sentyabrında hazırlanıb. Hazırda bu layihələrdən hansılarının qüvvədə qaldığının və mövcud müharibənin Moskvanın planlarına necə təsir etdiyi məlum deyil”.
Safura Bənnayeva
Globalinfo.az