Moskvada benzin satışına yeni məhdudiyyət qoyulub.
Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Bildirilib ki, “Qazpromneft” yanacaqdoldurma məntəqələrində avtomobillərə bir dəfəyə satılan benzinin həcmi 30 litrlə məhdudlaşdırılıb.
Məlumata görə, bundan əvvəl yanacaqdoldurma məntəqələrində bu limit 60 litr təşkil edib.
Məhdudiyyət Moskvanın Kapotnya rayonundakı neft emalı zavoduna dron hücumundan sonra tətbiq edilib.
Hücum nəticəsində müəssisənin ərazisində yanğın baş verdiyi və zavodun bəzi qurğularının zərər gördüyü bildirilir.
Qeyd edək ki, Rusiyanın müxtəlif bölgələrində son aylarda yanacaq satışı ilə bağlı məhdudiyyətlər tətbiq edilir. Ayrı-ayrı regionlarda yanacaqdoldurma məntəqələrində növbələr və yanacaq çatışmazlığı barədə də məlumatlar yayılıb.