meyit 1200 900x600 1

Ağdam rayonunun Şelli kəndində kəhriz quyusundan kişi meyiti aşkarlanıb.

Globalinfo.az xəbər verir ki, araşdırma zamanı meyitin Bərdə rayon sakini, 1980-ci il təvəllüdlü Müşfiq Aqil oğlu Hacıyevə məxsus olduğu müəyyənləşdirilib.

İlkin məlumata görə, Müşfiq Hacıyev bir neçə gün əvvəl yaşadığı ünvana qayıtmayıb. Bundan sonra yaxınları onun itkin düşməsi ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət ediblər.

Mərhumun Ağdamın işğaldan azad edilmiş ərazilərində fəaliyyət göstərən şirkətlərdən birində mühafizəçi işlədiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Paylaş: