Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampla telefon danışığı apardığını açıqlayıb.
Globalinfo.az xəbər verir ki, o, Trampla Nyu-Yorkda görüşməyə razılaşdığını bildirib.
“İndicə Prezident Trampla danışdım. Bu, vacib bir söhbət idi və biz çox şeyi əhatə etdik. Nyu-Yorkda görüşməyə razılaşdıq və bu görüş çox şeyi dəyişə bilər”, – deyə o bildirib.
Tramp və Zelenski daha əvvəl 28 iyulda Ağ Evdə qapalı danışıqlarda görüşmüşdülər. Ukrayna prezidenti bildirib ki, o, Amerika lideri ilə Patriot raketlərinin istehsalını müzakirə edib.
Tahir Turan
Globalinfo.az