“Əsrin müqaviləsi” Azərbaycanın dünya miqyasında həyata keçirdiyi ilk böyük layihələrdən biridir”.
Bu sözləri Globalinfo.az-a Milli Məclisin deputatı Aydın Mirzəzadə “Əsrin müqaviləsinin” 32-ci ildönümü ilə bağlı danışarkən deyib.
O bildirib ki, neft ehtiyatları və digər zəngin təbii sərvətləri olan ölkələr çoxdur:
“Lakin onların heç də hamısı bu resursları uğurla dünya bazarına çıxara bilmir. Bunun üçün lazımi logistika imkanları, dövlətə etimad, resursların səmərəli hasilatı və idarə olunması üçün kadr potensialı, ən əsası isə siyasi iradə tələb olunur. Azərbaycan isə həmin dövrdə bütün bunları təmin edə bilib. Dövlət büdcəsinin çox aşağı, valyuta ehtiyatlarının isə hələ formalaşmadığı bir vaxtda iri maliyyə qrupları Azərbaycana kreditlər verdilər, böyük şirkətlər Azərbaycanın maraqlarını nəzərə alaraq neft müqaviləsi bağlayıblar”.
Aydın Mirzəzadə
Deputat vurğulayıb ki, müqavilədən əldə olunan gəlirlərdən də danışıb:
“Buradan gələn gəlirlər Azərbaycanın iqtisadi inkişafına, infrastrukturun yenilənməsinə və əhalinin həyat şəraitinin yaxşılaşdırılmasına yönəldilib. Beləliklə, Azərbaycan öz təbii sərvətlərini səmərəli idarə edərək ölkənin inkişafına yönəldə bilən dövlət nümunəsi kimi dünyaya təqdim olunub”.
Ləman İmran
Globalinfo.az