Böyük Britaniyada mümkün müharibə vəziyyətində ölkənin müdafiəsinə könüllü şəkildə cəlb olunmaq istəyən vətəndaşlar üçün xüsusi reyestrin yaradılması təklif edilib.
Globalinfo.az xəbər verir ki, təşəbbüslə Liberal Demokratlar çıxış edib.
Partiya Baş nazir Endi Börnemi vətəndaşların fövqəladə vəziyyət zamanı ölkənin müdafiəsinə dəstək vermək üçün əvvəlcədən qeydiyyatdan keçə biləcəyi “fövqəladə hallar reyestri” yaratmağa çağırıb.
Təklif Böyük Britaniyanın mümkün hərbi qarşıdurmalara hazırlığı ilə bağlı müzakirələrin artdığı bir vaxtda irəli sürülüb.
Təşəbbüsə əsasən, reyestrdə qeydiyyatdan keçən şəxslər fövqəladə vəziyyət və ya müharibə zamanı ölkənin müdafiəsi ilə bağlı müxtəlif könüllü fəaliyyətlərə cəlb oluna bilərlər.
Tahir Turan
Globalinfo.az