0d60831f 0e18 434c 880e ab081b51de1e

Şimali Koreya bölgədə gərginliyin artdığı bir vaxtda iki ballistik raket buraxılışı həyata keçirib.

Globalinfo.az xəbər verir ki, bu barədə Cənubi Koreyanın Birləşmiş Qərargah Rəisləri Komitəsi məlumat yayıb.

Bildirilib ki, ilk raket yerli vaxtla saat 15:00 radələrində Vonsan bölgəsindən buraxılıb. Raket Şərq dənizi istiqamətində təxminən 450 kilometr məsafə qət edib.

İkinci raket isə saat 17:50 radələrində buraxılıb. Cənubi Koreya hərbçiləri onun da qısa mənzilli raket olduğunu və 600 kilometrdən çox məsafə qət etdiyini bildiriblər.

Raket sınaqlarının bölgədə gərginliyin artdığı bir dövrə təsadüf etdiyi qeyd olunur.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: