İran prezidenti etirazlara görə 4 qüvvəni ittiham etdi

ABŞ və qərb ölkələri İranda hökumət əleyhinə etirazları şayiə və dezinformasiya yaymaqla qızışdırırlar.

Globalinfo.az xəbər verir ki, bunu İran Prezidenti İbrahim Rəisi deyib.

“İslam inqilabının düşmənləri yalan yayaraq İran xalqını parçalamaqla bağlı hədəflərinə çata bilməyəcəklər. Gənclər bizim övladlarımızdır və aldadılanların hamısı vətənin qoynuna qəbul ediləcək, amma xainlərə güzəşt olmayacaq”, – o bildirib.

Rəisi həmçinin ölkədəki etirazlarda monarxistlər və əksinqilabçıları da günahlandırıb.

Zaira Akifqızı
Globalinfo.az