İran parlamentinin qarşısında atışma baş verdi

Tehranda İran parlamentinin qarşısında naməlum şəxs atəş açıb.

Globalinfo.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

Məlumata görə, o, ov tüfəngi ilə silahlanıb.

Bildirilir ki, şübhəli şəxs dərhal hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Hadisə nəticəsində ölən və zərərçəkənlər barədə məlumat verilməyib.