iran ordu

İran Silahlı Qüvvələri müxtəlif sərhəd bölgələri boyunca 10 diviziya yerləşdirib.

Globalinfo.az xəbər verir ki, bu sözləri İran ordusunun quru qoşunlarının komandanı briqada generalı Keyumərs Heydəri deyib.

Generalın sözlərinə görə, onlar hərtərəfli kəşfiyyat və təhlükəsizliyi təmin etmək üçün strateji mövqedədirlər:

“Yerləşdirmə güclü təhlükəsizlik və sərhədlərdə qabaqlayıcı mövcudluğun yaradılmasına yönəlib”.

Qeyd edək ki, general yanvarın sonunda da eyni sözləri işlətmişdi.

Həmçinin Keyumərs bu gün İranın məxfi silahlarının olduğu ilə bağlı da düşmənləri hədələyib.

Paylaş: