“İran Fars körfəzi bölgəsində təhlükəsizliyi təmin etmək üçün İraqın “2+6” regional formatının yaradılması təklifini alqışlayır”.
Globalinfo.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi deyib.
Onun sözlərinə görə, təşəbbüs bir tərəfdən Körfəz Əməkdaşlıq Şurasına üzv dövlətlər, digər tərəfdən isə İran və İraq arasında xarici oyunçuların iştirakı olmadan dialoqun aparılmasını nəzərdə tutur.
“Tehran belə bir yanaşmanı dəstəkləyir və hesab edir ki, regional təhlükəsizlik məsələləri yalnız region ölkələri tərəfindən həll edilməlidir”, – deyə Əraqçi bildirib.
Nazir həmçinin qeyd edib ki, müvafiq razılaşmanın birinci bəndinə əsasən, Livandakı hərbi əməliyyatlar dayandırılmalıdır:
“ABŞ İsrailin zərbələrinə və qoşunların Livanın işğal olunmuş ərazilərindən çıxarılmasına görə məsuliyyət daşıyır”.
Əliyar Xəlil
Globalinfo.az