Türkiyədə yerləşən S-400 hava hücumundan müdafiə sistemlərinin Rusiyanın dostu olan üçüncü ölkəyə verilməsi ehtimalı yenidən gündəmə gəlib.
Globalinfo.az xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov danışıb.
O bildirib ki, bu məsələ ilə bağlı müvafiq işlər görülür və tərəflər arasında təmaslar davam edir.
Məsələ ilə bağlı daha əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov da açıqlama verib. O, Türkiyənin S-400 komplekslərini Rusiyaya dost olan üçüncü ölkəyə təhvil verməsinin mümkün variantlardan biri olduğunu, lakin hazırda belə bir müraciətin olmadığını söyləyib.
Lavrovun sözlərinə görə, Rusiyanın razılığı olmadan Türkiyənin sözügedən raket komplekslərini başqa ölkəyə verməsi mümkün deyil.