Bakı şəhər ərazisində dövlət mənzil fonduna aid binaların təmiri işləri aparılacaq.
Globalinfo.az bildirir ki, bu barədə İqtisadiyyat.az Bakı Şəhər İcra Hakimiyyətindən (BŞİH) məlumat əldə edib.
Belə ki, əvvəlcə təmir işlərinin layihə-smeta sənədlərinin hazırlanması həyata keçiriləcək.
Sözügedən layihə-smeta sənədlərinin hazırlanmasına 3,8 milyon manat vəsaitin sərf olunacağı proqnozlaşdırılıb.