Pakistanda üç nəfər tərəfindən təcavüzə məruz qalan azərbaycanlı Diana Bağıyeva ilə yeni təfərrüat məlum olub.
Globalinfo.az bildirir ki, Oxu.Az-ın əldə etdiyi məlumata görə, Diana Bağıyeva 2003-cü ildə Qusar rayonunda doğulub. O, orta məktəbi bitirəndən sonra işləmək üçün Bakıya gəlib.
O, əvvəlcə Abşeron rayonunun Xırdalan şəhərində kirayədə yaşayıb. Daha sonra Bakıda kafe və restoranlarda işləyib. Diana iş yerində pakistanlı gənclə tanış olub və aralarında sevgi münasibətləri yaranıb. Bakıda ticarətlə məşğul olan pakistanlı onunla evlənəcəyinə söz verib və Diana onu Qusar rayonuna apararaq ailəsi ilə tanış edib.
2024-cü ildə həmin pakistanlı gənclə ailə quran D.Bağıyeva bir müddət Qusarda atasının evində yaşayıb. Daha sonra onlar Pakistana köçüblər. Amma bir müddətdən sonra Diana pakistanlı oğlandan ayrılaraq Bakıya qayıdıb, burada işləməyə başlayıb.
O, Bakıda daha bir pakistanlı ilə tanış olub və 2025-ci ildə yenidən Pakistana köçüb. O, ikinci dəfə pakistanlı ilə rəsmi ailə qurmayıb, sevgili kimi yaşayıblar.
Diana Bağıyevanın valideynləri hazırda Qusar rayonunda yaşayırlar. Məlumata görə, yaxın günlərdə qadın Bakıya göndəriləcək.