“Terror aktları cavabsız qalmayacaq”.
Globalinfo.az xəbər verir ki, bunu İranın hökumət sözçüsü Əli Bahadıri Cəhromi qeyd edib.
Hökumət sözçüsü,”Sionist rejim və digər dövlət terrorçularının böhran zamanlarındakı əsas vərdişləri, ictimai rəyi yayındırmaq və daxili problemlərinin ciddiliyinin ortaya çıxmasının qarşısını almaq üçün öz sərhədlərindən kənarda terror aktları törətməkdən ibarədir” deyə, İsrailə qarşı ittiham irəli sürüb.
Qeyd edək ki, bir neçə gün öncə SEPAH Suriyanın Dəməşq şəhəri yaxınlığında İsrailin hücumu zamanı SEPAH-ın hərbi məsləhətləçilərindən və yüksəkrütbəli zabitlərindən olan Milad Heydəri və bir neçə hərbçinin ölməsilə bağlı məlumat yayıb.
عادت رژیم صهیونیستی و سایر تروریستهای دولتی در مواقع بحران، انجام اقدامات تروریستی در خارج از مرزهاست تا افکار عمومی را منحرف کرده و اجازه ندهند عمق مشکلات داخلی آنها روشن شود.
اقدامات تروریستی بیپاسخ نخواهند ماند.#شهید_مهقانی#شهید_حیدری pic.twitter.com/H7iIScROQN— علی بهادری جهرمی (@alibahaadori) April 2, 2023