
İranın Həmədan əyalətində SEPAH İsrailin xarici kəşfiyyat xidməti (MOSSAD) ilə əlaqəsi olan şəxsi saxlayıb.
Globalinfo.az xəbər verir ki, bu barədə SEPAH-ın mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, saxlanılan şəxs İranın hərbi və təhlükəsizlik mərkəzlərinin əməkdaşları haqqında məlumat toplayırmış.
Agentlik məlumatların xarici kəşfiyyat xidmətlərinə ötürülməsinin planlaşdırıldığını qeyd edib.