tramp iran

“İranı dərhal məhv edə bilərik, lakin Səudiyyə Ərəbistanı və digər Fars körfəzi ölkələrinin xahişi ilə daha təmkinli davranmağa və tələsməməyə məcburam”.

Globalinfo.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp teleaparıcı Stiven Smitə müsahibəsində deyib.

Jurnalist ABŞ liderindən soruşub ki, Tramp əvvəllər bunu edə biləcəyini bildirdiyi halda, Vaşinqton niyə indiyədək İranı məhv etməyib?

ABŞ Prezidenti belə cavab verib:

“Qorumağa çalışdığım dövlətlərin xahişi ilə prosesi bir qədər uzadırıq. Səudiyyə Ərəbistanı məndən xahiş etdi: hələlik vəziyyəti olduğu kimi saxlayın”.

O əlavə edib ki, Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Küveyt və Bəhreyn də gözləmə mövqeyinə üstünlük verirlər.

Bundan əvvəl Tramp ABŞ-ın artıq İranla razılaşma əldə etməyə ehtiyac duymadığını bəyan etmişdi. O vurğulamışdı ki, Vaşinqtonun belə bir razılaşmaya ehtiyac duyduğu dövr çoxdan geridə qalıb.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: