pasinyan

“Siyasi dairələrdə hesab edirlər ki, Təhlükəsizlik Şurasının keçmiş katibi Armen Qriqoryan tezliklə müxalifət sıralarına qoşulacaq. Qərb ona ümid bəsləyir və onu Baş nazir Nikol Paşinyana və onun hakimiyyətinə qarşı bir təzyiq alətinə çevirməyə çalışır”.

Globalinfo.az xəbər verir ki, bu barədə “Hraparak” nəşri məlumat yayıb.

“Söhbətlər gəzir ki, tezliklə 2018-ci il inqilabının fəal iştirakçılarından biri olmuş, lakin hakimiyyət dəyişikliyindən sonra fəaliyyəti kölgəyə çəkilmiş məşhur “Restart” hərəkatı da yenidən fəallaşacaq. Onlar artıq Nikol Paşinyanla bir görüş keçiriblər. Həmin görüş zamanı bəzi gənclər baş nazirə kəskin suallar ünvanlayıblar. Məlumatlara görə, Armen Qriqoryan da onların sıralarına qoşulacaq. Yaxın vaxtlarda onlar qərbyönümlü qüvvələri bir araya gətirməyə və Ermənistanın xarici siyasəti ilə bağlı fəal təşəbbüslərə başlamağa çalışacaqlar”, – deyə bildirilib.

Qeyd olunub ki, söhbət Avropa İttifaqına doğru irəliləməkdən getmir:

“Burada məqsəd, belə adlandırılan diversifikasiya siyasətidir: Rusiyanın təsir dairəsindən çıxmaq, eyni zamanda Avropa İttifaqına üzv olmamaq. Təxminən Britaniya modelinə bənzər bir yanaşma nəzərdə tutulur”.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: