Rusiya Dövlət Dumasının deputatları plenar iclasda yekdilliklə Andrey Nikitinin Rusiyanın nəqliyyat naziri vəzifəsinə təsdiq edilməsinə səs veriblər.
Globalinfo.az oxu.az-a istinadən bildirir ki, bundan əvvəl parlamentin Nəqliyyat və infrastrukturun inkişafı komitəsi onun bu vəzifəyə namizədliyinin təsdiqini palataya tövsiyə edib.
Mövcud qanunvericiliyə görə, bir neçə federal nazir, o cümlədən nəqliyyat naziri namizədliyi Dövlət Dumasında təsdiq edildikdən sonra prezident tərəfindən təyin edilir.
Nikitindən əvvəl bu vəzifəni ilkin məlumatlara görə, özünü güllələyən Roman Starovoyt tuturdu.