“İnşallah, Ermənistan da ağıllanar” – Çavuşoğlu

“Beynəlxalq sistem “dondurulmuş münaqişə”ləri həll edə bilirmi? Azərbaycanın 44 günlük müharibədən sonra qazandığı Zəfəri Qarabağ probleminin “dondurulmuş münaqişə” olmadığını, sadəcə həllin dondurulmuş olduğunu, ATƏT-in bunu həll edə bilmədiyini, Azərbaycanın da öz problemini özünün həll etdiyini göstərdi”.

Globalinfo.az xəbər verir ki, bu sözləri Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Hacı Bayram Veli Universitetində çıxışı zamanı bildirib.

O qeyd edib ki, bütün dünya diqqətini Türkiyə, Azərbaycan və Orta Asiya – Türk Dünyası geosiyasi bölgəsinə yönəldib:

“Şimal dəhlizi artıq alternativ yol deyil. Buna görə də təbii olaraq şərq-qərb orta dəhlizi önəm kəsb etməyə başlayıb; yəni Xəzərdən keçməklə – Orta Asiya, Qafqaz və Türkiyədən keçməklə”.