Rəsmi Bakıdan Pakistanla bağlı paylaşım

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Pakistanı Milli Gün münasibətilə təbrik edib.

Globalinfo.az xəbər verir ki, bu barədə XİN-in X hesabında paylaşım edilib.

“Qardaş Pakistan xalqını və hökumətini Milli Günü münasibətilə ürəkdən təbrik edir, ən xoş arzularımızı çatdırırıq!”, – təbrikdə qeyd olunub.