İmtahanda az bal toplayan gənc evdən qaçdı – FOTO

Abşeron rayonunda 17 yaşlı gənc itkin düşüb.

Globalinfo.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Bildirilib ki, 21 avqust 2007-ci il təvəllüdlü Hilal Hidayət oğlu Mustafayev bu gün yaşadığı Ceyranbatan qəsəbəsindəki evdən çıxıb və geri qayıtmayıb.

Hilal məktub yazaraq evi tərk etmə səbəbi kimi imtahanda az bal toplamasını göstərib.

“Hilalı görənlərdən bu nömrə ilə əlaqə saxlaması xahiş olunub 0557082431”, – məlumatda qeyd edilib.