İmişlidə baş verən qəzada yaralanan şəxslərdən daha bir nəfəri ölüb.
Globalinfo.az APA-ya istinadla xəbər verir ki, İmişli şəhərində baş verən qəzada ölənlərin sayı üçə çatıb.
Ağır vəziyyətdə İmişli xəstəxanasının reanimasiya şöbəsində müalicə alan “Tayota Prius”un sürücüsü İmişli şəhər sakini, 1985-ci il təvəllüdlü Abdullayev Murad Vəli oğlu ölüb.
***00:48
İmişlidə baş verən yol qəzasında 2 nəfər həlak olub, 5 nəfər xəsarət alıb.
Globalinfo.az xəbər verir ki, hadisə Seymur Əzizalıyev küçəsində qeydə alınıb.
“Toyota” və “Mercedes” markalı minik avtomobillərinin toqquşması nəticəsində iki nəfər ölüb. Yaralanan şəxslər İmişli Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Hadisə ilə bağlı araşdırma aparılır.