İmamoğlunun bu hərəkəti müzakirə yaratdı – VİDEO

İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu ötən həftə Düzcedə baş verən zəlzələ səbəbindən çadırlarda qalan vətəndaşlara baş çəkib.

Globalinfo.az xəbər verir ki, İmamoğlu zəlzələdən zərər görən Gölyaka bölgəsini gəzərkən sakinlərlə söhbət aparıb. Bu zaman İmamoğlu ilə sakinlərdən biri olan qadın arasında yaşanan kiçik dialoq müzakirələrə səbəb olub.

Belə ki, Türkiyə mediasında yayılan görüntülərdən bələdiyyə sədrinin qadının üzünə toxunmaq istədiyini, qadının isə öz növbəsində başını kənara çəkərək buna əngəl olduğunu görmək mümkündür.

Qadın İmamoğluna “Mənə toxunma, zəlzələ başa çatıb” deyə iradını bildirib. İmamoğlu isə cavabında “Olsun” deyərək yoluna davam edib.

Ə.İmamoğlunun bu hərəkəti sosial şəbəkələrdə müzakirələrə səbəb olub və onun hansı səbəbdən qadının üzünə toxunmaq istədiyi anlaşılmayıb.

Xatırladaq ki, Düzcedə ötən həftə baş verən zəlzələ nəticəsində 93 nəfər xəsarət alıb.