İlon Mask və Mark Zukerberq bu ölkədə döyüşəcək

Amerikalı iş adamları, milyarderlər İlon Mask və Mark Zukerberq arasında döyüş İtaliyada baş tutacaq.

Globalinfo.az xəbər verir ki, bu barədə Mask sosial şəbəkədəki səhifəsində məlumat verib.

“Döyüş mənim fondum və Zukerberqin fondu tərəfindən keçiriləcək. Yayım X (Tvitter) platformasında və “Meta”da (Feysbuk) olacaq. Kameraya düşən bütün kadrlar qədim Romanı əks etdirəcək, odur ki, müasir heç nə olmayacaq. İtaliyanın Baş naziri və mədəniyyət naziri ilə danışdım. Onlar epik bir yer haqqında razılığa gəliblər. Bütün gəlir veteranlara sərf olunacaq”, – Mask yazıb.

Qeyd edək ki, Maskın Zukerberqlə döyüşdən imtina etməsi barədə də mediaya məlumatlar yayılmışdı.