Türkiyəli müğənni Güllünün müəmmalı ölümü ilə bağlı məhkəmə araşdırmasında yeni tələb gündəmə gəlib.
Globalinfo.az xəbər verir ki, mərhum müğənninin bacısı Kader Tutun vəkilləri hadisə gecəsi evdə olan şəxslərin telefon danışıqları və baza stansiyası məlumatlarının (HTS) təhlil edilməsini tələb ediblər.
Müdafiə tərəfi mobil telefonların əlaqə məlumatlarının ətraflı araşdırılmasını, həmçinin hadisə zamanı kənar şəxslərin evdəkilərlə səsli və ya görüntülü zəng vasitəsilə əlaqə saxlayıb-saxlamadığının müəyyənləşdirilməsini istəyib.
Xatırladaq ki, əsl adı Gül Tut olan sənətçi 2025-ci il sentyabrın 26-da Yalovanın Çınarcık rayonunda yerləşən yaşayış binasının altıncı mərtəbəsindəki mənzilinin pəncərəsindən yıxılaraq ölüb.
Hadisədən sonra başladılan istintaq çərçivəsində müğənninin qızı Tuğyan Ülkem Gülter və həmin vaxt onun yanında olan rəfiqəsi Sultan Nur Ulu saxlanılıb.
Gülter anasını qəsdən öldürməkdə şübhəli bilinərək həbs olunub, Ulu barəsində isə ev dustaqlığı qətimkan tədbiri seçilib.
İttiham aktında Gülterin anasını mənzilin pəncərəsindən itələdiyi iddia edilib.
Yalova 1-ci Ağır Cinayətlər Məhkəməsi 9 oktyabr 2026-cı ildə Tuğyan Ülkem Gülteri qəsdən adam öldürməkdə təqsirli bilərək ömürlük azadlıqdan məhrum edib.