Bazar günü İspaniyanın Kataloniya muxtar regionunda 2 yüngülmühərrikli təyyarənin qəzaya uğraması nəticəsində dörd nəfər ölüb.
Globalinfo.az xəbər verir ki,hadisə Barselona yaxınlığındakı Moya kəndi yaxınlığında baş verib. Şahid təyyarənin hündürlüyünü itirdiyini və aerodrom yaxınlığındakı meşəlik ərazidə qəzaya uğradığını gördükdən sonra təcili yardım çağırıb.
Qəza nəticəsində təyyarə yanıb və alov bitki örtüyünə keçib. Yanğın söndürülüb.
Tezliklə qəzaya uğrayan ikinci təyyarə aşkar edilib. O, birincidən təxminən 300 metr aralıda yerə çırpılıb.
Hadisə ilə bağlı araşdırma aparılır.