Ağstafada ağır qəza: 5 nəfər…

Ağstafada yol-nəqliyyat hadisəsi baş verib.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistralında qeydə alınıb.

Ağstafa-Qazax marşurutu hərəkət edən mikroavtobus evakuatorla toqquşub.

Qəza zamanı mikroavtobusun sənişinləri, 1981-ci il təvəllüdlü Afət Məmmədova və 1982-ci il təvəllüdlü Həcər İsmayılova xəsarət alaraq Ağstafa Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Onların vəziyyətinin kafi olduğu bildirilir.

Fakla bağlı araşdırma aparılır.

X X X

Qəzada xəsarət alan daha üç nəfərin adı məlum olub.

Onların adı aşağıdakı kimidir:

Təranə Tomtiyeva (1988);

Şərifə Qasımova (1971);

Nərimin Məmmədova (2005).