WhatsApp Image 2025 11 17 at 11.14.34

“Ermənistanın ərazisi 29 min 743 kvadrat kilometrdir. Biz harada irəlidəyiksə, geri çəkiləcəyik”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan hökumətin iclasından sonra jurnalistlərə açıqlamasında deyib.

“Bəlkə, bir çox yerlərdən hələ çıxmamışıq. Sərhədi delimitasiya olunmayan yerlərdir. Ola bilər ki, biz də hansısa istiqamətlərdə irəliyik”, – o vurğulayıb.

Simonyan iddia edib ki, əgər Azərbaycanın da irəli olduğu mövqelər varsa, “onlar da geri çəkiləcəklər”.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: