İki liderin hədəfi: Ukraynanın bir qismi Rusiyaya verilir, sonra…

“Fransa Prezidenti Emmanuel Makron Ukrayna ərazilərini Rusiya ilə sülh müqaviləsi çərçivəsində Moskvaya verməyə hazırdır”.

Globalinfo.az xəbər verir ki, bunu polşalı diplomat Yaçek Sariuş-Volski deyib.

“Məncə, Makron və Şoltsun bütün arzuları Ukrayna ərazilərinin bir qismindən imtina hesabına əldə olunan sülhdür”, – o bildirib.

Diplomat Makronun yalana əsaslanan yaxşı şeylər deməkdə usta olduğunu söyləyib. Bununla belə, Sariuş-Volski açıq elan edilməsə də, hazırda konflikti dondurmaq üçün böyük istəklərin olduğunu vurğulayıb.

İlkin Həsənov
Globalinfo.az