1037276 src

Ermənistanın Rusiyadakı diplomatik nümayəndəliyinə yeni rəhbər təyin edilib.

Globalinfo.az xəbər verir ki, Samvel Mkrtçyan Ermənistanın Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə gətirilib.

Ermənistan mediasının məlumatına görə, 67 yaşlı diplomat bundan əvvəl bir sıra Avropa ölkələrində diplomatik vəzifələrdə çalışıb. O, 2004–2010-cu illərdə Ermənistanın NATO yanında nümayəndəsi olub, 2018–2023-cü illərdə isə ölkəsinin Polşadakı səfirliyinə rəhbərlik edib.

Samvel Mkrtçyan bu vəzifədə 2024-cü il avqustun 14-də Rusiyaya səfir təyin edilmiş Qurgen Arsenyanı əvəzləyib.

Arsenyan bir gün əvvəl geri çağırılması ilə bağlı məlumatı təsdiqləyib və ilin sonunadək Ermənistana qayıtmağı planlaşdırdığını bildirib. O, qərarın diplomatik fəaliyyətinin ikiillik müddətinin başa çatması ilə əlaqədar olduğunu qeyd edib.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: