Polşada aşkarlanan Rusiya raketlərinin və reaktiv PUA-sı Moskvanın məqsədli təxribatının tərkib hissəsi ola bilər.
Globalinfo.az APA-ya istinadən xəbər verir ki, bu barədə Polşa Baş naziri Donald Tusk Rusiya ordusunun Ukraynaya genişmiqyaslı raket və dron hücumu həyata keçirərkən, Polşa hava sahəsinin pozulmasına münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, Polşada yaşanan insident zamanı raket və ya dronlardan biri partlayıb. Hadisə nəticəsində xəsarət alan olmayıb, dağıntı qeydə alınmayıb.
“Bu, qəza təsiri bağışlamır”, – Tusk bildirib. O, məsələnin ciddiliyini nəzərə alaraq fikirlərini ehtiyatla ifadə etdiyini vurğulayıb.
Tusk ABŞ-ın Rusiya ilə bağlı dron və raket insidentləri ilə bağlı mövqeyinə də münasibət bildirib.
“Yumşaq desək, mən bu insidentlərin qiymətləndirilməsi və şərhi ilə bağlı Amerika tərəfinin mövqeyi ilə hər zaman razılaşmıram”, – Tusk qeyd edib.
O əlavə edib ki, ABŞ rəsmiləri son insidentlə bağlı qalıqlara çıxış əldə ediblər və bu hadisənin təsadüf olduğunu iddia etmək çətin olacaq.
Tusk insidentin Polşada keçirilən hərbi təlimlərlə əlaqəli ola biləcəyini də istisna etməyib. Onun sözlərinə görə, Fransanın və Böyük Britaniyanın rəhbərlik etdiyi “İstəklilər koalisiyası”nın 11 ölkənin iştirakı ilə Nowa Deba yaxınlığında keçirdiyi təlimlər mümkün hədəflərdən biri ola bilər.
Qeyd edək ki, Polşa ərazisinə Rusiyanın Ch-101 qanadlı raketi və bir reaktiv pilotsuz uçuş aparatı düşüb.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp “Fox News” telekanalına müsahibəsində Rusiya Prezidenti Vladimir Putinin Polşa ərazisinə dron və bir neçə kiçik raketi “səhvən” göndərdiyini deyib.