Yəmənin Əl-Mükəlla şəhərindən 95 km cənub-qərbdə quru yük gəmisi hücuma məruz qalıb.
Globalinfo.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları İdarəsinin (UKMTO) məlumatında deyilir.
“Quru yük gəmisinə göyərtəsində altı silahlı şəxsin olduğu kiçik qayıq yaxınlaşıb. Ardıcıl dörd atəş açılıb və quru yük gəmisindəki silahlı mühafizə komandası cavab olaraq xəbərdarlıq atəşi açıb. Kapitan gəminin zədələnmədiyini və heyət üzvlərinin xəsarət almadığını bildirib”, – məlumatda qeyd olunub.
Gəmilərə ehtiyatlı olmaq və hər hansı şübhəli fəaliyyət barədə məlumat vermək tövsiyə edilib.
İnsidentlə bağlı araşdırma aparılır.