Husilərdən xəbərdarlıq: İsrailə hücuma hazırıq

347030810197589

Yəmənin “Ənsar Allah” hərəkatının husi üsyançıları İsrail Qəzza zolağında yenidən döyüşlərə başlayarsa, ona qarşı hücumları bərpa edəcək.

Globalinfo.az xəbər verir ki, bunu üsyançıların lideri Abdel Malik əl-Husi husilərin nəzarətində olan Əl Məsirə telekanalı tərəfindən yayımlanan çıxışında deyib.

“Barmağımız tətikdədir və İsrail Qəzza zolağına qarşı təcavüzü bərpa edərsə, dərhal hücuma hazırıq”, – o bildirib.

Aysel Əliyeva
Globalinfo.az