ap25117835401073 pic 32ratio 900x600 900x600 67745

ABŞ Prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinin Ukrayna münaqişəsinə son qoymaq istədiyini bildirib.

Globalinfo.az xəbər verir ki, bu barədə Tramp Ağ Evin “YouTube” kanalında canlı yayımlanan Ukrayna Prezidenti Volodimir Zelenski ilə danışıqları zamanı deyib.

“Mən düşünürəm ki, Prezident Putin müharibəni bitirmək istəyir, əks halda mən bunu deməzdim,” – deyə Tramp vurğulayıb.

ABŞ lideri əlavə edib ki, o, Zelenski ilə Putinlə son telefon danışıqlarını müzakirə edəcək.

Tahir Turan

Globalinfo.az

Paylaş: